Daha bir dairədəki rəsmi nəticələrdən MSK-ya şikayət edildi - Asim Mollazadənin nəticələri də ləğv oluna bilər


22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa müstəqil namizəd, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Məmmədovun seçki qərərgahı seçki günü baş verən qanun pozuntuları ilə bağlı məlumat yayıb.

Vüqar Məmmədovun adından yayılan məlumatda sözügedən dairədə ciddi pozuntulara yol verildiyi, nəticələrin Asim Mollazadənin xeyrinə saxtalaşdırıldığı bildirilir. Qeyd olunur ki, seçki günü 2 saylı Nəsimi ikinci Seçki Dairəsinin demək olar bütün məntəqələrində səsvermənin gedişatının və nəticələrinin Asim Mollazadənin xeyrinə dəyişdirildiyi müşahidə olundu: "Bu dairədən favorit namizəd olan Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, professor Vüqar Məmmədov demək olar bütün məntəqələrdə qalib olsa da, elan olunan və protokollarda yazılan rəqəmlər tam saxtalaşdırıldı.” 

Məlumatda deyilir ki, professor V.Məmmədov qeydə alınan saxtakarlıq faktları ilə bağlı dairə seçki komissiyasına və MSK-ya rəsmi qaydada şikayət ərizəsilə müraciət edib: “Professor bildirib ki, dairədə olan 28 məntəqədən 27-nin məntəqə sədrləri və komissiya üzvlərinin qanuna zidd hərəkətləri və bilərərkdən hərəkətsizliyi barədə şikayət ərizələrini AR Seçki Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, dairə seçki komissiyasına təqdim edib və eyni xarakterli şikayəti 22 saylı Nəsimi ikinci DSK barəsində Mərkəzi Seçki Komissiyasına 148 aktın sürəti və çoxlu foto və videomateriallarla birlikdə təqdim edib.”

Professor qanun pozuntuları ilə hüquq müstəvisində sonadək mübarizə aparacağını bildirib: “Bununla bağlı biz qərar vermişik ki, hərəkətlərimiz hüquqi müstəvidə olacaq. Bizim yerimiz meydan və sosial şəbəkə yox, qanunun aliliyi və Azərbaycan qanunvericiliyi olmalıdır. Odur ki, hüquqi addımlarımızı atdıq və MSK-dan 22 saylı Nəsimi ikinci seçki dairəsinin nəticələrinin ləğvi haqda qərar gözləyirik. Bütün məntəqələrdə yekun protokollarda yazılmış rəqəmlər həqiqəti ifadə etmir. Seçici sayları bütün protokollarda şişirdilib və bu rəqəmlər seçicilərin faktiki sayından 2-3 dəfə çoxdur.” 

635x100

Şərhlər

Elli 2020-02-15 12:35:24

əhsən!

Vətəndaş 2020-02-15 11:39:18

Bunun kimi Qazaxda Səməd Seyidovun və Gəncədə Naqif Həmzəyevin də nəticələri ləğv edilməlidir.

AQAYEV 2020-02-15 11:37:54

Asimdən insanların zəhləsi ğedir. Özüdə onun partiyası ailə partiyasıdır nə dayaqı var nə də Rayonlarda dəstəyi.H Hacıyev ondan hörmətlidir.

Son yazılar