Biləsuvar seçiciləri mandatı iş adamına etimad etdi

Artıq Milli Məclisə növbəti seçkilər də geridə qalib. Neçə illərdən bəri eyni dairədən seçilən “veteran” deputatlardan biri olan Xanhüseyn Kazımlı, bu dəfə, 66 saylı Biləsuvar Seçki Dairəsindən namizədliyini irəli surmədi. 

Xatırladaq ki, Xanhüseyn Kazımlı illərlədir Milli Məclisdə Biləsuvar rayonunu təmsil edirdi. Bu vaxt ərzində o seçildiyi rayonun problemləri ilə yaxından maraqlanmamış və seçkiden-seçkiyə belə bir rayonun olduğunu xatırlamışdır. 

Deputat olduğu müddətdə rayon əhalisinin ona bəslədiyi etimadı doğrultmamışdır. Əlbəttə, bu halla qarşılaşan  təkcə Biləsuvar əhalisi deyil, əksər rayonlardan seçilən deputatlar, nədənsə qısa müddət sonra seçicilərini unudurlar.

Vətandaşların isə vətənini sevən, savadlı və işgüzar deputatlara ehtiyacı var. 

Rəsmi nəticələrə görə, növbəti 5 ildə Biləsuvar seçiciləri mandatı Məhərrəmov Bəhruz Abdurrəhman oğluna əmanət edib. İş adamı kimi tanınan  Məhərrəmov Bəhruz Abdurrəhman oglu 22.08.1983-cü ildə anadan olub, ”PAŞA Sığorta” ASC-də korporativ hüquq xidmətinin rəhbəri vəzifəsində çalışıb. Seçkilərə bitərəf olaraq qatılıb.

Ümid etmək olar ki, gənc deputat seçicilərin səsi olacaq, onların problemləri ilə yaxından maraqlanacaq. Ən əsası rayon əhalisi arasında deputata qarşı itirilmiş etimadı geri qaytaracaq. 

Savalan Hüseynli 

AzPolitika.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar