MSK sabah seçkilərlə bağlı daha bir neçə şikayətə baxacaq

Sabah - fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.

"Report" xəbər verir ki, bununla bağlı MSK-nın iclasında müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar