Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində yarışan idmançı yarımfinal mərhələsində Rumıniya təmsilçisi Mixail Savanı 5:2 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə finala vəsiqə uğrunda görüşdə Niurqun Skriabinə (Belarus) uduzub və qızıl medal şansını itirib.

Cəbrayıl Həsənov (79 kq) isə yarımfinal mərhələsində Maqomed Ramazanovu (Rusiya) sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) bu gün finalda Mimi Nikolova Xristova (Bolqarıstan) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal uğrunda görüşdə Belarus təmsilçilərini sınağa çəkəcəklər. Onlar müvafiq olaraq İrina Kuraçkina və Veranika İvanova ilə qarşılaşacaqlar. Tatyana Varansova isə təsəlliverici görüşdə Suzanna Georgiana Seykariu (Rumıniya) ilə güləşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar