Naxçıvanda iki beynəlxalq idman yarışı keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, Dövlət Proqramında Naxçıvan şəhərində “Karate üzrə Dünya Kuboku”nun, həmçinin 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilmə­si nəzərdə tutulub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası və Şahmat Federasiyasına tapşırıqlar verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar