Fransada porno qalmaqalı iqtidar partiyasına baha başa gəldi

Emmanuel Makronun partiyadaşı Paris merliyinə namzədliyini geri götürüb

Fransa prezidenti Emmanuel Makronun partiyadaşı Emmanuel Qrivo Paris şəhərinin meri vəzifəsinə namizədliyini geri götürüb.

Musavat.com “Euronews” kanalına isitnadla xəbər verir ki, E.Qrivo bununla bağlı bəyanat da yayıb. Burada fransız siyasətçi internet saytları və sosial şəbəkələrdə şəxsi həyatına hücumlar və təhdidlər səsləndirilməsindən şikayətlənib. O, bununla bağlı olaraq öz ailəsini qorumaq üçün belə bir addım atdığını yazıb.

Fransa mətbuatının verdiyi məlumata görə, söhbət Pyotr Pevlenski adlı bir rəssamın təsis etdiyi saytdan sosial şəbəkələrə sızdırılan pornoqrafik xarakterli bir videodan gedir. Burada P.Pavlenskinin Qrivo adlandırdığı adam çılpaq halda duran gənc bir qıza ailəsinin və uşaqlarının həyatını məhbəsə çevirdiyindən bəhs edir və daha sonra əxlaqsız hərəkətlərə yol verir.

Qalmaqal hakim “İrəli Respublika” partiyasının Paris kimi Fransanın həm paytaxtı, həm də əsas siyasi, iqtisadi və mədəni mərkəzi sayılan bir şəhərdə öz merini seçdirmək imkanlarını azalda bilər. Mer vəzifəsinə digər namizədlər arasında sosialist Ann İdalqo və sağçı Respublikaçılar partiyasının nümayəndəsi, keçmiş ədliyyə naziri Rəşidə Datinin adları çəkilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar