QUBAD İBADOĞLU MÜSAVATDA VƏZİFƏ TUTMAQDAN İMTİNA ETDİ- "Mən bu insanları tanımamışam"- YENİLƏNİB

"Görünür, Müsavatın belə qalmasını və bu şəkildə davam etməsini istəyənlər daha çox oldu"

Mən və tərəfdarlarım Müsavatda heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyilik. İndi burada başlarını aşağı salıb oturublar, amma rayon təşkilatlarının sədrləri bilir ki, kimlər zəng vurub deyirdilər ki, İsa Qəmbər filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bu adamları tanıtdı. Seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulub. Bütün bunlara baxmayaraq, mən bu hadisəni Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan dönməyəcəyik”.

APA-nın istinadən məlumatına görə, bunu Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyanın iclasında çıxış edərkən deyib.

O bildirib ki, hazırda Müsavatda dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, partiyanın qurultay ərəfəsində bəzi ədalətsizliklərə yol verilib: “Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək, onlar Müsavatı hara aparır? Buna uyğun qərarımızı verəcəyik. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi”.

Bundan sonra zalda səs-küy yaranıb. Arif Hacılının tərəfdarları Qubad İbadoğlunun çıxışına etiraz ediblər. Müsavatın sabiq başqanı İsa Qəmbər isə qurultay nümayəndələrini sakitləşdirməyə çalışıb.

Q. İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq: “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm” – deyə çıxışını yekunlaşdırıb.

Müsavatın sabiq başqanı İsa Qəmbər isə Q. İbadoğlunun bəzi ittihamlarına cavab verib: “Əgər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir. Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Vurğun Əyyub Türkiyəyə getməzdən əvvəl də mənimlə görüşüb, Divan üzvlüyündən istefa verməyə məcbur olduğunu dedi. Ancaq mən bunun qarşısını aldım və bildirdim ki, Azərbaycana qayıdandan sonra istənilən vaxt fəal siyasətlə məşğul ola bilər. Buna görə istefa verməsinə zərurət yoxdur. O da mənim fikrimlə razılaşdı”.

İ. Qəmbər qeyd edib ki, əvvəlcədən kimi başqan görmək istədiyini açıqlamayıb: “Əgər mövqeyimi əvvəlcədən açıqlasaydım, səs fərqi bu qədər az olmazdı”.

Müsavatın yeni başqanı A. Hacılı isə deyilənlərə cavab vermək istəmədiyini, hər kəslə işləməyə hazır olduğunu deyib: “Mən bütün hallarda kiməsə get yox, gəl demişəm”.

Xatırladaq ki, dünən Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə qalib olaraq, partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 səslə ikinci olub.

-----

“Mən və tərəfdarlarım Müsavatda heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyilik. İndi burada başlarını aşağı salıb oturublar, amma rayon təşkilatlarının sədrləri bilir ki, kimlər zəng vurub deyirdilər ki, İsa Qəmbər filan namizədi dəstəkləyir, siz də ona dəstək olun.

Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bu adamları tanıtdı. Seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulub. Bütün bunlara baxmayaraq, mən bu hadisəni Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan dönməyəcəyik”.

APA-nın məlumatına görə, bunu Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyanın iclasında çıxış edərkən deyib.

O bildirib ki, hazırda Müsavatda dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, partiyanın qurultay ərəfəsində bəzi ədalətsizliklərə yol verilib: “Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək, onlar Müsavatı hara aparır? Buna uyğun qərarımızı verəcəyik. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin siyahısına daxil edilməyib. Çünki onların mövqeyi məlum idi”.

Bundan sonra zalda səs-küy yaranıb. Arif Hacılının tərəfdarları Qubad İbadoğlunun çıxışına etiraz ediblər. Müsavatın sabiq başqanı İsa Qəmbər isə qurultay nümayəndələrini sakitləşdirməyə çalışıb.

Q. İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq: “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm” – deyə çıxışını yekunlaşdırıb.

Müsavatın sabiq başqanı İsa Qəmbər isə Q. İbadoğlunun bəzi ittihamlarına cavab verib: “Əgər şəffaf və demokratik seçki keçirilirsə, burada narazılığın olması təbiidir. Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Vurğun Əyyub Türkiyəyə getməzdən əvvəl də mənimlə görüşüb, Divan üzvlüyündən istefa verməyə məcbur olduğunu dedi. Ancaq mən bunun qarşısını aldım və bildirdim ki, Azərbaycana qayıdandan sonra istənilən vaxt fəal siyasətlə məşğul ola bilər. Buna görə istefa verməsinə zərurət yoxdur. O da mənim fikrimlə razılaşdı”.

İ. Qəmbər qeyd edib ki, əvvəlcədən kimi başqan görmək istədiyini açıqlamayıb: “Əgər mövqeyimi əvvəlcədən açıqlasaydım, səs fərqi bu qədər az olmazdı”.

Müsavatın yeni başqanı A. Hacılı isə deyilənlərə cavab vermək istəmədiyini, hər kəslə işləməyə hazır olduğunu deyib: “Mən bütün hallarda kiməsə get yox, gəl demişəm”.

Xatırladaq ki, dünən Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə qalib olaraq, partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 səslə ikinci olub.

***

Sentyabrın 27-də keçirilən Müsavat Partiyasının qurultayında başqanlıq seçkisinin qalibi artıq bəllidir. Səsvermədə 449 nəfər iştirak edib. Bülletenlərdən 2-si etibarsız sayılıb. Yerdə qalan 447 nəfərdən 228-i namizədlərdən Arif Hacılını seçib.

Arif Hacılı Müsavat Partiyasının yeni başqanıdır. Digər namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs toplayıb.

Seçkinin nəticələri bəlli olduqdan sonra Müsavat Partiyası başqanı ola bilməyən namizədlər seçki təəssüratlarını musavat.com ilə bölüşüblər və bundan sonra atacaqları addımlar barədə məlumat veriblər.

Seçkilərdə yeni başqan Arif Hacılının ən güclü rəqibi olan Qubad İbadoğlu bildirdi ki, seçkilərin nəticələrini qəbul etsə də, bundan sonra Müsavat Partiyasında heç bir vəzifədə və ya seçkili orqanlarda təmsil olunmayacaq: “Seçkilər azad keçirildi. Ancaq həm seçkiqabağı dövrdə, həm də seçkiyə hazırlıq prosesində bəzi qərəzliklər oldu. Amma hər halda, bu, bir seçimdir və mən bunu qəbul edirəm. Hesab edirəm ki, bu, Müsavatın seçimi idi, sadəcə olaraq, seçimlərdə İsa bəyin də əhəmiyyətli rolu olub. Burada Müsavatın status kvosunun saxlanılması ilə Müsavatın dəyişməsi arasında mübarizə gedirdi. Biz öz platformamızı təqdim etmişdik. Bu platforma qurultay nümayəndələrinə bəlli idi.

Görünür, Müsavatın belə qalmasını və bu şəkildə davam etməsini istəyənlər daha çox oldu və bu baxımdan da seçkinin nəticələri bu cür oldu. Bu seçkinin nəticəsi göstərdi ki, Müsavatda bundan sonra hər hansı ciddi dəyişiklikdən söhbət getməyəcək”.

Müsavatın yeni başqanının komandasında təmsil olunmağa gəlincə, Qubad İbadoğlu bildirdi ki, o, heç bir təklifi qəbul etməyəcək: “Bu, bizim ortaq qərarımızdır. Mən Müsavat Partiyasının Məclisinə də namizədliyimi verməmişəm və Məclisdə təmsil olunmaq niyyətində deyiləm. Mən Müsavat Partiyasında seçkili orqanlarda təmsil olunmaq və təyinatlı vəzifələrə qəbul edilmək niyyətində deyiləm. Mənim Müsavat Partiyasında yetərincə tərəfdarlarım var. Bu bizim ümumi qərarımız olacaq. Biz bu partiyaya məfkurə uğrunda mübarizə üçün gəlmişik, mənafe uğrunda mübarizə üçün gəlməmişik. Mən müsavatçılıq məfkurəsi ilə öz mübarizəmi davam etdirmək niyyətindəyəm”.

Seçkidə ən az səs toplayan namizəd Tural Abbaslı seçkilərin nəticələrini qəbul etdiyini və bundan sonra ona təklif olunan istənilən vəzifədə fəaliyyətini davam etdirəcəyini bildirdi: “Müsavat Partiyasında seçki keçirildi və seçki komissiyasında bizim də müşahidəçilərimiz var idi. Normal, ədalətli seçki təmin olundu. Həmin şəraitdə nə qədər mümkün idisə, o qədər mükəmməl bir seçki oldu. Nəticələr də elan olundu və mən əvvəlcədən də qeyd eləmişdim ki, Müsavat Partiyası qurultayının iradəsi nə olacaqsa, bizim üçün qəbuldur. Seçilən şəxsin kimliyi yox, Müsavat Partiyası qurultayının iradəsi bizim üçün vacib idi. O iradə də özünü göstərdi və biz də bunu qəbul edirik. Bundan sonra önümüzə baxacağıq. Hər birimiz müsavatçıyıq və bundan sonra da hakimiyyətə qarşı mübarizəmizi davam etdirəcəyik”.

Müsavat Partiyasının rəhbərliyinə gəlmiş yeni komandada təmsil olunmasına gəlincə, Tural Abbaslı dedi ki, ona təklif olunan istənilən vəzifəni qəbul etməyə hazırdır: “Mən əvvəldən də demişəm ki, Müsavat Partiyasının sıravi üzvlüyündən tutmuş, harada faydalı olacağımız düşünülsə və bizə təklif olunsa, təmsil olunmağa hazırıq. Bu mübarizə şəxslər arasında deyil, ümumi mübarizədir”.

Seçkilərdən sonra Müsavat Partiyasında parçalanmaların olacağı iddialarına gəlincə, Tural Abbaslı bunun başvermə ehtimalının çox az olacağını bildirdi: “Düşünmürəm ki, partiyadan ayrılanlar çox olacaq. Düzdür, səslər təxminən demək olar ki, hər iki tərəfdə eyni idi. Bu da Müsavat Partiyasının demokratikliyini göstərir. Mən düşünmürəm ki, parçalanma olacaq. Çünki səs verənlərin hamısı müsavatçıdır. Müsavatçılar ideologiyaya görə partiyaya gəlirlər, mübarizəyə görə gəlirlər, şəxslərə görə gəlmirlər ki, birinin qalibiyyətindən sonra digərinin tərəfdarları partiyanı tərk eləsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar