“Putin Zelenskidən birbaşa soruşub ki...” – Ukrayna və Rusiya liderlərinin telefon danışığı

Ukrayna prezidenti Vladimir Zelensi və onun rusiyalı həmkarı Vladimir Putin fevralın 14-də telefonla Normand formatında yeni sammitə hazırlığı və mümkün məhbus mübadiləsini müzakirə ediblər.

Zelenskinin administrasiyasının bu barədə məlumatında deyilir: "Vladimir Zelenski və Vladimir Putin bu söhbət zamanı Donbasın müvəqqəti işğal altında olan ərazilərində, Krımda və Rusiya Federasiyasında saxlanan Ukrayna vətəndaşlarının azad edilməsinə xüsusi diqqət yetiriblər.

Prezident seçkisində qalib gəldikdən sonra 41 yaşlı keçmiş komediya aktyoru Zelenski Rusiya ilə Ukrayna arasında çoxdan gözlənilən əsir mübadiləsini həyata keçirə bilib. Əsir mübadiləsi ötən ilin sentyabr və dekabr aylarında gerçəkləşdirilib.

İki lider ilk dəfə olaraq dekabrda Parisdə Normand formatında keçirilən danışıqlarda görüşüblər. Bu danışıqlarda Fransa və Almaniya da iştirak edir.

Lakin Kremlin fevralın 14-də yaydığı bəyanata görə Putin bu söhbət zamanı Zelenskidən birbaşa soruşub: Kiyev 2015-ci ildə imzalanmış Minsk razılaşmalarını icra etmək niyyətindədirmi? Bu razılaşmalar Belarus paytaxtında Fransa və Almaniyanın vasitəçiliyi ilə əldə olunmuşdu.

Razılaşmalara habelə Donbasda atəşkəsin bərqərar edilməsi də daxil idi. Lakin tərəflər arasında atəşkəsi saxlamaq mümkün olmayıb.

Kremlin bəyanatında deyilir: "Rusiya prezidenti Minskdə razılaşdırılmış və 2019-cu il, 9 dekabr görüşü də daxil, Normand sammitində qəbul edilmiş bütün tədbir və qərarların tam və qeyd-şərtsiz icrasının mühümlüyünü vurğulayıb. Vladimir Putin birbaşa soruşub: Kiyev həqiqətən də Minsk razılaşmalarına əməl etmək niyyətindədirmi?

Moskva və Kiyev arasında münasibətlər 2014-cü ildə Ukraynada rusiyayönlü prezident Viktor Yanukovych devrildikdən sonra düşmənçilik müstəvisinə keçib. Bunun ardınca Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və Donbasda bugünədək davam edən separatçı münaqişəni qızışdırıb. (azadliq.org)

635x100

Şərhlər

vuqar 2020-02-15 12:50:34

Putin kimdir? putin nece hakimiyyete gelib? putin yaxin kriminal etrafile Rusiyani nece talayib? ruslarin putin haqqinda nece yanildiqlarina baxdiqca bu adama nifret durmadan pik noqteye catir ve emin olursanki butun dunyani MAFIYA idare edir! Biz bir ovuc torpagimizi elimizde saxlaya bilmirik ve bunada sukr edirik amma eslinde zemane qeyri -standart adamlarin zemanesidir,putin belelerindendir!

Son yazılar