Yəməndə koalisiyanın qırıcısı vuruldu

Yəməndə İran dəstəkli husilər Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiya qüvvələrinə aid “Tornado” hərbi təyyarəsini raket zərbəsi ilə vurub.

“Report” “BasNews”a istinadən xəbər verir ki, bunu husilərin sözçüsü, polkovnik Yəhya Seri bildirib.

Polkovnikin sözlərinə görə, Cevf vilayətinə hücum edən hərbi təyyarə hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.

Hadisə ilə bağlı koalisiya qüvvələri hələlik açıqlama verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar