MSK BƏZİ DAİRƏLƏR ÜZRƏ MÜRACİƏTLƏRƏ BAXDI - 22 dairə ilə bağlı qərar verildi + SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

“Report” xəbər verir ki, həmin müraciətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 Sumqayıt İkinci Seçki Dairəsi və 31 saylı Suraxanı İkinci Seçki dairəsi ilə bağlı şikayəti müvafiq dairə seçki komissiyalarına göndərib.

İclasda daha bir neçə müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki dairəsi, 47 Saylı Mingəçevir Seçki dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki dairəsi, 107 saylı Qazax Seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Həsənov Rəşad və digər namizədlərin şikayətinə baxılıb.

Məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb. "Report" xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

İclasda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müraciətlərə baxılacaq.

29 saylı Səbail Seçki Dairəsindən olan şikayətlər müzakirəyə çıxarılacaq. Bu barədə həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Bəxtiyar Hacıyev deyib.

Bildirək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, 29 saylı Səbail Seçki Dairəsinin lider namizədi Nigar Arpadaraidir.

İclasda digər 10 seçki dairəsindən daxil olan müraciətlərə baxılacağını yazıb. Bildirilib ki, 15 saylı Yasamal Birinci, 28 saylı Səbail Üçüncü, 42 saylı Sumqayıt İkinci, 60 saylı Salyan-Neftçala, 72 saylı Yardımlı-Masallı, 79 saylı İmişli, 81 saylı Beyləqan, 95 saylı Tərtər, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı Seçki dairələrindən daxil olan şikayətlərə baxılacaq.

Oxu.az xatırladır ki, müvafiq olaraq həmin dairələrdə lider namizədlər Ülvi Quliyev, Eldar Quliyev, Tahir Mirkişili, Fəzail Ağamalı, Musa Qasımlı, Razi Nurullayev, Şahin İsmayılov, Sahib Alıyev, Ramil Həsən və İmamverdi İsmayılovdur.

Xatırladaq ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki Dairələrinin nəticələri etibarsız sayılıb.

***

Bu gün Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələri ilə bağlı daha bir iclas keçirəcək. "Qafqazinfo"xəbər verir ki, iclasda müxtəlif dairələrdən daxil olmuş müraciətlərə baxılacaq.

Qeyd edək ki, MSK-nın son iclasında ümumilikdə 4 dairənin nəticələri ləğv edilib. 

635x100

Şərhlər

O.B.N. 2020-02-17 18:22:55

Pozuntuları DSK-na yox Ağır Cinayyələr Üzərə Məhkəməyə göndərin cənab sədir.Seçki saxtakarlığı dövlət çevrilişi deməkdir

Əli 2020-02-17 17:07:57

Xeyirli olsun. Şərh bölümünüz "mübarək"

Əli 2020-02-17 17:06:30

Xeyirli olsun. Şərh bölümünüz "mübarək"

QAXLI 2020-02-16 20:01:34

Qaxda bütün məntəqələrdə kütləvi saxtakarlıq olub.Vidio göruntünün olmaması o demək deyil ki hər şey düzdür.bəzi mətəqələrdə çəkilışə icazə verilməyib.Tamamilə ləğv olunub yenidən seçki keçirilməlidir.

Abuzər 2020-02-16 03:22:34

MSK-ya dsk=dan daxil olan şikayətlərin yenidən həmin şikayət olunan dsk-lara göndərilməsi bu şikayətlərin basdırılması olmaqla qeyri-qanunidir.

Vətədaş 2020-02-15 22:14:52

Dairələrdə bu şikayətlərə kim və necə baxa bilər? MSK bu şikayətləri niyə başından etdi? Axı DSK özü öz saxtakarlığına necə qiymət verə bilər? Bu gülməli deyilmi?t

SERÇİCİ 2020-02-15 22:07:17

Şikayətlər yerində,yəni şikayət daxil olan adresdə araşdırılmalı idi.Dairənin saxtakarlığından olan şikayətin araşdırılması üşün geriyə,yəni şikayət edilən dairəyə göndərilməsi tamamilə yanlış qərardır.Çünki dairələr şikayəti fakt üzrə araşdırmaq əvəzinə işlərində nöqsan olmadığını sübut etmək üzərinsə düşünəcəklər. aprotokollara diqqət etsəniz onlarda göstərilən rəqəmlərin seçicilr sayı ilə uzlaşmadığını görərsiniz ki,bu da mətəqələrin saxtakarlıq etdiyini,toplu büllütünləri sübut edir.Buna görə şikayətlərin DSK-lara göndərilməsi yanlışdır.ub i/

SAVALAN 2020-02-15 20:36:38

Şou göstərməyin ! Ləğv edin bütün nəticələri , qurtarsın getsin...

Son yazılar