"PARLAMENT TAM YENİLƏŞSƏ BÖHRAN YARANA BİLƏR..." - Fəzail Ağamalı da gənclərə qarşı çıxdı

"Gənclərin gəlməsi böyük fəsadlar törədər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar..."

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərdə bəzi millət vəkillərinin, xüsusən də yaşlı nəslin nümayəndələrinin namizədliyini yenidən irəli sürməsi və təkrar mandat qazanması cəmiyyətdə narazılıqlara səbəb olub. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Ana VətənPartiyasının sədri Fəzail Ağamalı bildirib ki, bunu deyənlərin peşəkarlıq səviyyəsi aşağıdır və parlamet tamamilə yenilənərsə, Azərbaycanda siyasi böhran yarana bilər: “Əsassız fikirlərdir. Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu çox böyük, ciddi problemlər yarada bilərdi. Ola bilər ki, bəzi insanlar özünü cəmiyyətdə təsdiq edib, amma parlament təcrübəsi yoxdur”.

Qanunvericiliyin çox ciddi sahə olduğunu bildirən Fəzail Ağamalı bildirib ki, parlament təcrübəsi üçün ən azı 2-3 il işin içində olmaq lazımdır: “Qanunverici prosesdə iştirak etmək üçün ən azı prosedur qaydalarını bilmək lazımdır. Burada peşəkarlıq tələb olunur. Dünyada gedən iqtisadi, siyasi, sosial proseslərin dərindən bilgisi tələb olunur. Bunu Azərbaycanla sintez etmək, ölkəmizin maraqlarına uyğun olaraq qanunvericilik aktında əks etdirmək lazımdır. Bu halda gənclərin gəlməsi böyük fəsadlar törədər. Azərbaycanda ciddi siyasi böhran yaşana bilər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar. Görünür ki, bu fikirləri söyləyənlərin peşəkarlıq səviyyəsi aşağıdır. Onlar hadisənin gedişinə əsaslanmış arqumentlərlə deyil, korporativ maraqlarla münasibət bildirirlər”.

Seçkinin nəticələrinə münasibət bildirərkən Fəzail Ağamalı qeyd edib ki, ən gənc deputatın yaşı 26-dan başlayır və hər yaşda üzv olduğu üçün bu tənzimlənmə kifayət qədər qaneedicidir: “Əgər bu gün parlamentə gələnlərin 55 faizdən çoxu 60 yaşdan aşağıdırsa, 70 yaşdan yuxarı olanlar, hansı ki, onların böyük siyasi təcrübəsi var, yüksək peşəkarlığı var, bunlar heç parlamentin 17 faizini təşkil etmir. 28 faizi isə orta yaşlılardır. 45 faiz köhnələr olduğu halda, 55 faiz yenilərdir. Daha bundan artıq nə cür yenilənmə olmalıdır?”.

635x100

Şərhlər

Kengerli 2020-02-24 22:53:05

Ay Fezail Agamali...... Sen ne qeder...., Axi seni Selyandan qovdular.Onlar sene ses vermeyibler.

jerom k.jerom 2020-02-19 14:22:26

həyasız sözinin mənasını bilən varsa , yazsın.

ejder 2020-02-17 01:21:15

AYE ONA ..WEREF,,ORDENI VERILMELIDI,LUKAWENKO CANI.MALADES ELDARA

Turan 2020-02-16 12:32:06

Bohran senin aile budcende yaranar, haram gelirlerin kesilen kimi.Dovlet ise daha da inkisaf eder,gucu qudreti artar.

Səlim 2020-02-16 11:37:18

Onsuz da Sizlər ölkəni böhrana salmısınız/!

Veten dashı 2020-02-16 10:02:46

Deyirsən sənsiz olmaz ,həmi......Zarafat edirsən yoxsa ciddi deyirsən.....

Sürücü 2020-02-16 09:42:12

İndi sənin sözündən belə çıxır ki, sən dünyada baş verən bütün prosesləri dəri

eko 2020-02-16 08:30:41

Nedi ölene kimi oturmaq isdeyirseen ordaaa ? ayibdiyeee Valla ayib

seçici 2020-02-15 22:16:49

....kürkünə bit düşüb.

t.ədalət 2020-02-15 19:46:18

Fəzail Ağamalı və digər qocalar qaldıqca böhran dərinləşəcək.Kürt toyuqlar kimi yuvada nə qədər oturmaq olar?

Əli 2020-02-15 17:38:49

səni ki salyandamn millət qoxmarmışdır necə oldu ki adın siyahıya düşdü? Birdəki gənclər yaşlılardan yaltaqlanmaqdan başqa nə örgənə bilər ki yaltaqlıq qanunu? Sən seçilmiş deputat deyilsən

Omer 2020-02-15 15:15:20

Atalarim yaxsi meseli var

Elli 2020-02-15 14:20:51

saxtakarlığa yox deyirik!

Raşad 2020-02-15 14:15:36

Onda avropa qonşu gürcüstan ukrayna dağılsında.nə nağıl danışır bu

Son yazılar