Nəticəsi ləğv olunmuş dairələrin qalibləri təkrar seçkiyə qatıla bilər? – Ekspertlər fərqli fikirdədi

“Nəticələri ləğv olunan seçki dairələrində Seçki Məcəlləsinə əsasən əvəzlənmə ola bilməz. Prezidentin sərəncamı ilə əlavə seçki keçiriləcək. Seçkinin vaxtı sərəncamdan asılıdır”. AzPolitika.info xəbər verir ki, bu fikirləri redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

O bildirib ki, məğlub olan şəxs seçkidə təkrar iştirak edə bilməz: “Yəni, elan olunmuşdu ki, kim qalibdir, nəticə ləğv olunduğuna görə yenidən iştirak edə bilməz. Müsahibələrdə bir çoxları, hətta hüquqşünaslar da cəmiyyətə səhv informasiya verirlər ki, orda hamı iştirak edə bilər. Seçki Məcəlləsində əlavə seçkilər haqqında xüsusi maddə var. Həmin maddədə yazılır ki, nəticəsi ləğv olunan qalib şəxs təkrar seçkilərdə eyni dairədən iştirak edə bilməz”.

Tanınmış hüquqşünas Hafiz Həsənov isə AzPolitika.info-ya açıqlamasında fərqli fikirdə  olduğunu bildirib:.

Ekspert bildirib ki, Milli Məclisə əlavə seçkilər keçirilən zaman, həmin dairədən deputat seçilmiş şəxs yenidən seçkilərə qatıla bilməz: "Hazırda 4-dairədə seçkilərin nəticələri etibarsız hesab olunaraq ləğv olunub. MSK bu dairələr üzrə təkrar seçkilər təyin etməlidir. Bu zaman Seçki Məcəlləsində əvvəlki seçkilərdə namizəd olmuş şəxslərin yenidən namizəd olmalarını əngəlləyəcək heç bir norma yoxdur".

AzPolitika.info

635x100

Şərhlər

İslam 2020-02-16 11:44:33

Bunların adını sadəcə protokola salırlar kiabunu nə seçocilər görür,nə də müşahidəçilr.Bunu MSK və məntəqədə məsul olanlar seçkidən əvvəl bilirlər və edirlər.Burada anlaşılmayan heç nə yoxdur.Bunu da əhali dəfələrlə gördüyündən və bildiyindən seçkilərə getməyi mənasız sayır.Ay kişi.bunların adı sandıqdan çıxmır!

Vətəndaş 2020-02-15 19:52:36

Ləğv edimiş dairələrin qanunsuz qalib göstərilən namizədlərinin yenidən namizəd olması yalnız seçki prosesini hüquq mühafizə nöqteyi nəzərdən araşdırdıqdan.cinayətkarların müəyyən olunub məhkəmə yolu ilə cəzalandırıldığından sonra.əgər namizədlərin bu məsələdə iştirakı olmadıqda təkrar namizəd ola bilməsi məsələsinə MSK baxa bilər.cmti

Ədalət 2020-02-15 17:17:17

Çingiz Qənizadənin oğluda hakimdir, ona görədə on dəfədə seçki olsa sandixdan Çingiz Qəniyevin adı çıxacaq.

Son yazılar