"Samsung"un qorxusu gerçək oldu

"Samsung" günlər əvvəl təqdim etdiyi Galaxy Z Flip modeli ilə bağlı xəbərlər gəlməyə başladı. Belə ki, şirkət Galaxy Fold modelində yaşadığı ekranın sınma problemlərini Z Flip ilə yaşamayacağını düşünürdü. Lakin görünən odur ki, şirkətin qorxusu gerçəkləşir.

Bir Twitter istifadəçisi Galaxy Z Flip aldığını və telefonu qutudan çıxarıb açdığı vaxt ekranın o anda sındığını dedi.

Twitter üzərindən açıqlama verən şəxs bu cümlələri yazdı: “Samsung Galaxy Z Flip modelini az əvvəl aldım. Qutusunu açdım. Ekran üzərindəki məlumatlandırıcı örtüyü qaldırdım. Hər kəsin edəcəyi kimi telefonu qatladım. O an smartfonun ekranındakı qırılma səslərini eşitdim”. 

Samsung, Galaxy Fold modellərindən fərqli olaraq bu smartfonda başqa bir ekran mexanizminə keçmişdi. Bu səbəb ilə ekran qatlandığında belə ekranda iz qalmır, həmçinin smartfonu daha incə etmək mümkün olmuşdu. Lakin indi bu problemin ortaya çıxması Galaxy Z Flip modelini almaq istəyən istifadəçilərin fikrinə ciddi mənada təsir edəcək. Önümüzdəki günlərdə bu problemlərin artıb artmayacağına şahid olacağıq. /"Technote"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar