Liviya neft sanksiyalarına görə gündə 60 milyon dollar itirir

Liviya Avropa İttifaqı (Aİ) ölkələrinə karbohidrogen satmaq iqtidarında olmadığına görə gündə 60 mln. ABŞ dolları itirir, neft sanksiyaları isə ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Aİ-nin bu ölkəyə ayırdığı ümumi yardımın həcmi 600 mln. dollar təşkil edir ki, bu da ongünlük neft satışına bərabərdir. Liviyada vəziyyət olduqca pisdir", - deyə J. Borrel deyib.

J. Borrel BMT-nin baş katibinin xüsusi nümayəndəsi Həsən Salamadan Liviyada atəşkəsin olmadığını və bu ölkəyə silah tədarükü qadağasına dair razılaşmalar olduğu kimi, atəşkəs razılaşmasının da hər yerdə pozulduğunu ifadə edən məktub alıb.

Qeyd edək ki, Aİ ölkələrinin xarici işlər nazirləri fevralın 17-də Liviyadakı böhranın həllinə yönəlmiş Berlin sülh prosesinin sürətləndirilməsi məsələsini nəzərdən keçirəcək, həmçinin Liviyaya silah tədarükü ilə bağlı embarqonun sərtləşdirilməsinin mümkünlüyü də araşdırılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar