Liviyaya qarşı silah embarqosuna riayət olunmur - Nazirlər çağırış etdi

Almaniyada bir araya gələn onlarla ölkənin xarici işlər nazirləri Liviyaya silah embarqosuna riayət olunmasına və atəşkəsin bərpa edilməsinə çağırıb.

Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində baş tutan görüşdə Almaniya və BMT münaqişə tərəflərinə hərbi yardım yollarının kəsilməsinə çalışıb.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, liderlərin yanvarın 19-da keçirdikləri Berlin müzakirələrində əldə olunan razılaşmalara riayət edilmir. Belə ki, münaqişə tərəflərinə silah satışının həcmi artıb, döyüşlər şiddətlənib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel 12 ölkənin liderini, habelə BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasını Berlindəki zirvə toplantısına dəvət edib. Almaniyanın aylardır davam etdirdiyi diplomatik kampaniya BMT-nin baş katibi Antonio Quterreş və onun Liviya üzrə xüsusi elçisi Hasan Salamenin Liviyada döyüşlərin dayandırılması səylərinin gücləndirilməsinə yönəlib.

Berlin sammitində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezideni Emmanuel Makron, İtaliyanın baş naziri Cuzeppe Konte, Britaniyanın baş naziri Boris Conson və ABŞ dövlət katibi Mayk Pompeo iştirak edib.

Xatırladaq ki, 2011-ci ildə Liviyanı uzun illər idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkə xaos və qarışıqlığa sürüklənib. Liviya biri-birinə düşmən olan iki rəqib administrasiya arasında bölünüb. BMT baş nazir Fayez Sərracın Tripolidəki hökumətini tanıyır. Ölkənin şərqinə isə general Həftərin rəhbərlik etdiyi administrasiya nəzarət edir. (amerikaninsesi.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar