"TBC Bank" Azərbaycan bazarına daxil olmağı planlaşdırır

Gürcüstanın "TBC Bank"ı Azərbaycanın bank bazarına daxil ola bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu bankın baş icraçı direktoru Vaxtanq Butsxiridze 2019-cu ilin nəticələri ilə bağlı media nümayəndələri və ekspertlərin iştirakı ilə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, "TBC Bank" gələcəkdə həm Azərbaycan, həm də Özbəkistan bank bazarlarlarına daxil olmağı planlaşdırır.

Qeyd edək ki, "TBC Bank" ötən il Gürcüstanın ümumi bank bazarının depozit portfelinin 39,3%-ni, kredit portfelinin isə 38,7%-ni təmin edib.

Xatırladaq ki, hazırda Azərbaycanda xarici kapitallı 14 bank (nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən 7 bank, nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən 7 bank, xarici bankların filialları 2 bank) fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar