"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİ BELƏ YANDI - Fotolar + VİDEOLAR (Yenilənib)

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 28 mağaza tam yanıb.

Bu barədə trend-ə açıqlamasında mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib. Onun sözlərinə görə, yanğın tam söndürülüb:

"Tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".

M.Qədimov əlavə edib ki, hazırda ərazidə təmizləmə işləri gedir. Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

***

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. Yanğınla əlaqədar qərargah yaradılıb.

 “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

***

Ticarətçilərdən birinin hadisə yerindən virtualaz.org-a bildirdiyinə görə "Sədərək" Ticarət Mərkəzində bu gün səhər saatlarında başlayan güclü yanğın hazırda lokallaşdırılıb. Yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər. 

Məlumata görə yanğın bazarın ayaqqabı, pal-paltar və digər məişət mallarının satıldığı 7-ci və 8-ci sıralarını əhatə edib. Bu sıralarda çoxlu sayda mağazanın yandığı bildirilir, hadisə yerinə əlavə yanğınsöndürən briqadaları cəlb edilməkdədir.

***

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə Xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar