"OAZİS" VERGİDƏN YAYINDIĞI ÜÇÜN BAĞLANIB? - Marta qədər açılmayacaq

Bakının məşhur əyləncə mərkəzlərindən olan "Oazis" restoranı fəaliyyətini dayandırıb. “AzPolitika.info”-ya daxil olan məlumata görə, bir neçə gün əvvəl vergi əməkdaşları restoranın fəaliyyətini araşdırmaq məqsədilə "Oazis"-də yoxlama aparıb. Bu zaman vergi qanunvericiliyinin bir sıra tələblərinin pozulması halları üzə çıxıb. Bundan sonra "Oazis"-in sahibi restoranın fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.

“Oazis”-dən isə bildirilib ki, əyləncə mərkəzi təmirə dayandırılıb və martın birinə qədər fəaliyyət göstərməyəcək.

Xatırladaq ki, "Oazis" restoranı uzun müddət Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində fəaliyyət göstərib. Ötən il əyləncə mərkəzi sökülüb və Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi 24 ünvanına köçüb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, resotranın əvvəlki yerində məşhur supermarketlər şəbəkələrindən birinin yeni mağazası açılacaq.

Mediada yayılan məlumatlara görə, "Oazis" restoranı deputat, iş adamı Hacı Madərin biznes strukturlarına daxildir.

AzPolitika.info


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar