Azərbaycanda daha bir neçə sənaye məhəllələri yaradılır

"Bu il Azərbaycanda bir neçə sənaye məhəllələrinin tam fəaliyyətə başlaması gözlənilir".

Bunu "Report"a Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

N.Səfərov Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələrində aparılan tamamlama işləri barədə məlumat verib.

Onun sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və rezidentlərin qəbulu davam edir: "Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində bir neçə rezident fəaliyyət göstərir. Sabirabad Sənaye Məhəlləsində tikinti işləri yekunlaşıb və bir neçə rezident fəaliyyət göstərməyə tam hazırdır".

N.Səfərov bildirib ki, Şərur Sənaye Məhəlləsində infrastrukturun qurulması ilə bağlı işlər aparılır.

Xatırladaq ki, ölkədə yaradılan 5 sənaye parkı və 4 sənaye məhəllələrində 80-dan artıq rezident fəaliyyət göstərir. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.

Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür.

635x100

Şərhlər

Rasim 2020-02-18 14:54:39

Dünya istehsal və istehlak bazarının aparıcı dövləti olan Çində ölümgül virusun tüğyan etməsi səbəbindən bu ölkədə bütün müəssisələr fəaliyyətlərini dayandırmışdır. Hazırda dünya bazarında Çin mallarına çoxmilyardlıq tələbatı boşluğu yaranmışdır. Təklif edərdim Azərbaycanda imkanlı iş adamları bu boşluğu doldurmaq üçün yaranmış əlverişli şəraitdə istifadə etsinlər, məsələn, elektron məişət aparatları: mobil telefon, LSD televizorlar, Led lampalar, tekstil məhsulları, dəftərxana ləvazimatları və s. istehsal edən müəssisələrin açılması imkanlarına baxsınlar.

Son yazılar