“DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR” – Qorbaçovun müraciəti +VİDEO

Ermənilərin Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı irəli sürdüyü bütün iddiaların heç bir əsası olmadığı kimi, bu torpaqların bütün beynəlxalq birlik tərəfindən məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması da şübhəsizdir. Və bu faktla bütün dünya ölkələrinin liderləri kimi, keçmiş SSRİ rəhbərliyi də hesablaşıb.

"AzPolitiika.info"nun məlumatına görə, Qarabağdakı fitnə-fəsadların və Bakıda törədilən 20 yanvar qırğınlarının əsas baiskarlarından biri olan SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun özü də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf edib. Onun 1991-ci ilin 14 mart tarixində SSRİ Mərkəzi Televiziyasında efirə gedən “Vremya” proqramında səsləndirilən müraciəti üzə çıxıb. Müraciətin efirə verildiyi veriliş Qorbaçovun “Azərbaycan xalqına və Dağlıq Qarabağ sakinlərinə müraciəti” ifadəsilə başlayır. Bu müraciətdə açıq şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir!” deyə bildirilir və sülhə nail olmağın vacibliyi söylənilir.

Təqdim etdiyimiz bu video bir daha ermənilərin nə tarixi, nə hüquqi, nə də mənəvi baxımdan Dağlıq Qarabağa sahiblənmək hüququna malik olmadıqlarını təsdiqləyən növbəti faktdır. Qorbaçovun həmin müraciətini olduğu kimi təqdim edirik: “Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə, o cümlədən millətlərarası münasibətlər sferasında baş tutan böyük dəyişikliklər çətin gedir. Təəssüf ki, insan tələfatları ilə nəticələnən ağır konfliktlərdən qaçmaq mümkün olmayıb. Artıq dördüncü ildir ki, Dağlıq Qarabağ torpağında sülh yoxdur. Silahlar səsləri eşidilir, insanlar ölür, qarşılıqlı uzlaşa bilməmə müşahidə olunur. Bundan sonra nə olacaq? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamlardan ibarət zəncirvari reaksiyanın qarşısını almaq asan deyil, amma bunu saxlamaq lazımdır.

Burada reallıqdan çıxış etmək vacibdir: Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir! Burada SSRİ və Azərbaycan Respublikası Konstitusiyası işləkdir. Burada ermənilər və azərbaycanlılar birgə yaşayır və çalışırlar. Tarix belə əmr edib və bundan heç yerə getmək mümkün deyil...”.


635x100

Şərhlər

Hafiz 2020-02-20 17:12:24

Он сам был главным организатором этой войны

Elli 2020-02-19 21:03:48

Bu gah biz tərəfə danışıb, gah da bəzi ......... kimi ermənilər tərəfə. İndi bu cəlladı təmizə çıxarmaq istəyirlər

Son yazılar