DTX-nın XÜSUSİ TƏYİNATLILARI DAHA BİR İCRA HAKİMİYYƏTİNDƏ! - Rəsmi məlumat + VİDEO (Yenilənib)

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək. 

* * *

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. 

"AzPolitika" xəbər verir ki, "qara maskalılar" icra haimiyyətinin qarşısına 4 avtomobildə gəliblər. Hələlik təsdiqlənməmiş məlumata görə, DTX əməkdaşları Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən həbs ediblər. Onun müavini Vurğun Ələkbərovun da saxlanıldığı bildirilir.   

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq "Haqqın.az" saytı yayıb.

Onu da qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.

O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələ ləri şöbəsində böyük məsləhətçi işləyib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri,21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

635x100

Şərhlər

Eloğlu 2020-03-03 23:32:26

Cənab Prezident Sizdən xahiş edirik ki, Neftçala əməliyyatı Şəki rayon icra hakimiyyətində də aparılsın, çünki bunlar hamısı bir bezin qırağıdırlar.. Məsuliyyətsiz və mənaviyyatsız məmurlar sosial narazılıqlar yaratmaqla məşğulurlar...

Cəmşid Dərələyəzli 2020-02-21 21:00:19

Nə yazıq ki, 3 il yarımdı, ölüm hadisəsində iştirakı olan və buna görə Pirallahı rayon YAP yerli təşkilat sədrliyindən 05.05.2017-ci ildə azad edilən Manaf Manafof kimi biri hələ də azadlıqda gəzir və Pirallahı İcra hakimiyyətində yüksək vəzifədə saxlanılır. Çünki, onu Pirallahının başçısı Vasif İmanov "nəyinsə" xatirinə öz çətri altına alıb qoruyur. Biz, Ölkə Başçısından xahiş edirik Neftçala əməliyyatı Pirallahı rayon icra hakimiyyətində də aparəılsın. Çünki, bunlar hamısı bir bezin qırağıdır. İnanırıq ki, cənab Prezident bunlarəın tümünün sonunu gətirəcək. Çünki, bu kimi məsuliyyətsiz və mənaviyyatsız məmurlarla, cənab Prezidentin ortaya qoyduğu hədəflərə ulaşmaq çətinləşir

Lalə 2020-02-20 15:09:35

Rüşvət və talançılıqda ölkə üzrə üzrə İH başçıları arasında birinci yerdə Bərdənin başçısı Vıdadı İsayev durur.İlk növbədə o həbs edilməlidir

Fizuli 2020-02-20 14:14:27

Bütün rayonların İcra hakimiyyəti başçılarının hamısı eyni ssenari üzrə işləyir.

Son yazılar