TÜRKİYƏ İDLİBDƏ ƏMƏLİYYATA BAŞLADI - Rusiyanın 2 PUA-sı məhv edildi, bir general öldürüldü

Jurnalist Çarlz Listerin bölgədən özünün Twitter bloqu üzərindən yaydığı məlumata görə Türkiyə ordusunun və Türkiyənin dəstəklədiyi müxalif qruplaşmaların hücum əməliyyatları Nayrab rayonunda davam edir. Həmin yaşayış məntəqəsi istiqamətində Türkiyə ordusunun hərbi texnika kalonunun irəlilədiyi bildirilir. Artilleriya zərbələri eşidilməkdədir.

Nayrab yaxınlığında Suriya ordusunun iki tankı vurulub, bir T-72 tankı və bir PDM ələ keçirilib. Nayrabın ələ keçirilməsi müxalifətin strateji əhəmiyyətli Sarakib qəsəbəsi üzərində nəzarəti geri qaytarması əməliyyatının birinci hissəsidir. Sarakib qəsəbəsi Suriyanın iki əsas şose yolu olan M4 və M5 şosselərinin kəsişməsində yerləşir. Hazırda döyüşlərin getdiyi Nayrab Sarakibdən 7 kilometr məsafədədir. Fevralın əvvəllərində həmin qəsəbə M5 yolu ilə birlikdə Suriya ordusu tərəfindən alınmışdı. Həmin yola nəzarət Əsəd qüvvələrinə İdlib vilayətini tam nəzarətə almaq üçün strateji üstünlük qazandırırdı.

Yanvarın ortalarından başlayan hücum nəticəsində Əsəd qüvvələri İdlib deeskalasiya zonasının az qala yarısını tutub, Türkiyə ordusunun müşahidə postlarını geridə qoyub. Əsəd qüvvələrinin irəliləməsi Ankaranı hiddətləndirib və prezident Ərdoğan bəyan etmişdi ki, fevralın sonlarına qədər Suriya qoşunları müşahidə postlarının gerisinə çəkilməsə Türkiyə ordusu hücuma başlayacaq.

***

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

“Report” “Halab Today”ə istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.

635x100

Şərhlər

vuqar 2020-02-22 16:25:33

TURKUN adi besdiki dusmen ozunu itirsin oda qala KOMANDOLARI!Vacibi oduki SURIYADA rusa basa salsinki oralarin AGASI kimdir! Rusun gozunu qirmalidi TURKLER yoxsa onlar ozlerinden cox MUSTEBEH idiler! TURK DUNYASI --GOSTER EZEMETINI ! ZAMANIDI!

İlqar Məmmədov 2020-02-20 22:20:51

Sağ ol ,ay T. Ədalət müəllim! Mən də TÜRKƏM. Qarabağı da TÜRK OĞLU TÜRK geri alacaq.,Yaşasın Türk, yaşasın TÜRKİYƏ, YAŞASIN TÜRK ORDUSU, YAŞASIN AZƏRBAYCANIMIZ!!!

t.ədalət 2020-02-20 18:55:12

Allah Türkiyəni daima var eləsin!Bizim Dağlıq Qarabağla bağlı ümidlərimizi də Türlkiyə doğruldacaq!Biz Türkük!

Son yazılar