Xarici yardımları ofşorlara daşıyan ölkələr – Dünya Bankının siyahısında Ermənistan da var

Dünya Bankı saytında “Elitaların xarici yardımı mənimsəməsi. Ofşor hesablardan dəlillər” adlı hesabat dərc edib. Hesabatda 22 ölkənin adları çəkilir, onlarında sırasında Qırğızıstan və Ermənistan da var.

Araşdırma müəllifləri 3 iqtisadçıdır, biri Dünya Bankının əməkdaşıdır. Onlar Dünya Bankının imtiyazlı kreditlər və qrantlarından daha çox asılı olan 20-dən artıq ölkədən valyuta köçürmələrini tədqiq ediblər.

Aydın olub ki, bu ölkələr ciddi məbləğdə –ÜDM-nin 1 faizindən artıq yardım alan kimi onlardan ofşorlara pul axını başlanıb. Əldə olunan vəsaitin ortalama 7,5 faizi qədər pul köçürülüb. BBC-yə araşdırmaya istinadla yazır ki, yardımın daha böyük hissəsinin oğurlandığı ehtimal olunur.

“Bu təvazökar məbləğ aşağı həddir, yalnız xarici hesablara köçürülən vəsait öyrənilib, əmlaka, dəbdəbəli əşyalara və başqa şeylərə xərclənənlər buraya daxil deyil,– tədqiqatda vurğulanır.

Ekspertlər qeyd edirlər ki, yardımın məbləği ÜDM-nin 3 faizinə yüksəlirsə, ölkədən axan pulun həcmi 15%-dək qalxır. Sözügedən ölkələr sırasında Əfqanıstan, Burkina Faso, Burundi, bir sıra digər Afrika ölkələri yer alıb.

Bu ölkələr ona görə tədqiqat obyekti kimi seçiliblər ki, yardımın həcmi onların iqtisadiyyatının ölçüsüylə müqayisədə əhəmiyyətlidir, yerli bank sistemi isə ya inkişaf etməyib, ya da heç mövcud deyil – yəni ölkədən pul axınını yaxşı görmək olur. BBC qeyd edir ki, tədqiqat noyabrda hazır olub, ancaq Dünya Bankı onu indi açıqlamaq qərarına gəlib. Nəşrin yubanması“gəlinən nəticələrlə bağlışübhələrin olmasyıyla” izah olunur. (azadliq.org)

635x100

Şərhlər

vv 2020-02-20 18:39:30

Məqalə müəllifinin deyəsən heç abır-həyası yoxdur,gör kik kimi ofşora pul daşınmaqda günahlandırır

Son yazılar