Rusiyanın Türkiyədəki səfiri üzr istədi - Qalmaqallı fikirlərinə görə

Bir neçə gün əvvəl Əsəd ordusunun İdlibə hücumunu dəstəkləyən bəyanat verməklə Türkiyədə ciddi etirazla qarşılanan Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov digər bir qalmaqallı açıqlaması ilə də gündəmə gəlib

“AzPolitika.info” xəbər verir ki, bu dəfə səfir Şimali Qafqazın yerli xalqlarından olan çərkəzlərin tarixi keçmişinə yönəlik xoşagəlməz ifadələr işlədib.

Rusiyanın tanınmış “Lenta.ru” dərgisi səfirin Çərkəz xalqının Rusiya imperiyası tərəfindən Qafqazdan sürgün edilməsini “gözəl nağıl” adlandırdığına görə üzr istədiyini yazıb. Məlumatda bildirilir ki, A.Yerxovun Ankarada Türkiyədəki Çərkəz Diasporunun rəhbərlərilə görüşündə çərkəzlər ona tarixi saxtalaşdırdığına görə iradlarını bildiriblər. Və onun söylədiklərinin bütün dünyaya səpələnən çərkəzlər tərəfindən təhqir kimi qəbul olunduğunu deyiblər. Cavabında Yerxov fikirlərinin çərkəzlərin hisslərinə toxunmasından məyus olduğunu bildirərək, üzr istəyib.

Qeyd edək ki, Çərkəz Diasporunun rusiyalı səfirə kəskin reaksiya verməsi təsadüfi deyil. Belə ki, A.Yerxov bir müddət əvvəl “Sputnik”-ə verdiyi müsahibədə 19-cu əsrin ortalarında Rusiyanın çərkəzləri öz doğma torpaqlarından sürgün etməsinə haqq qazandırmağa çalışıb. O, çərkəzlərin Şimali Qafqazdan Türkiyəyə sürgün olunmasına dair tarixi faktları “gözəl nağıl, mif” adlandırıb. Sonra isə əlavə edib ki, həmin vaxtlar çərkəzlər ruslarla yaxşı qonşuluq etməyiblər və tez-tez onlara hücumlar ediblər. Buna görə də Rusiya hakimiyyəti onlara qarşı tədbir görməli olub. Səfir deyib ki, həmin dövrdə dağ xalqlarının iki yolu vardı. Ya dağdan enib işləməli, zəhmət çəkməli idilər, ya da “qardaş Türkiyəyə” getməliydilər.

Səfirin bu aşağılayıcı tonda və tarixi saxtalaşdıran açıqlaması çərkəzlərin haqlı narazılığına səbəb olub. Belə ki, 1860-cı illərdə Rusiyanın Şimali Qafqaz xalqlarını öz vətənlərindən sürgün etməsi nəticəsində digər xalqlar kimi çərkəzlər də böyük itkilər verib. Müxtəlif tarixi mənbələr həmin dövrdə 300 mindən 4 milyonadək çərkəzin imperiyaya müqavimət göstərərkən, eləcə də sürgün olunarkən soyuqdan və aclıqdan həlak olduqlarını bilıdirirlər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar