Rusiyanın qırıcı təyyarələri İdlibi bombalayıb

Rusiyanın “Su-24” qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombalayıb.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə Suriyadakı münaqişə tərəflərini barışdıran Rusiya Mərkəzi məlumat yayıb.

Məlumatda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “Su-24” qırıcı təyyarələrinin İdlibdə terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilib.

Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.

Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 6 zirehli və 5 ədəd pikap avtomobili məhv edilib.

Qeyd edək ki, Türkiyə tərəfi bu gün İdlibdə iki hərbçisinin şəhid olduğu barədə açıqlamaya yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar