Bakıda ər-arvad dəm qazından boğulub

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

635x100

Şərhlər

t.ədalət 2020-02-21 10:18:34

Natiq Əliyev Neft Şirkətinin rəhbəri olanda heç kəs qazdan zəhərlənib ölmürdü.Çünki qazı təmizləyib əhaliyə çatdırırdılar.Heç nə unudulmur.Zaman gələcək dəm qazından ölənlərin günahlarını daşıyanlar məhkəmələrdə öz cəzalarını alacaqlar.Artıq qazdan ölümlər qətliam kimi nəzərə çarpır.Görəsən,bu qədər ciddi bir məsələ nə vaxta kimi qulaqardına vurulacaq?

Son yazılar