Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib.

E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib.

Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib.

Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

635x100

Şərhlər

t.ədalət 2020-02-21 13:27:53

Görünür,sərəncama götürüblər,sonra da ola bilsin ki,hansısa rayona rəis göndərəcəklər.Zəfər Abiyev hakimiyyətə yaxın adamdır.O "amonçuların" cəzalandırılmasında iştirak edib və Qazax rayonunda əhali onun əməlləri ilə yaxşı tanışdır..

Son yazılar