SOCAR ötən il dövlət büdcəsinə 1,62 mlrd. manat ödəyib

SOCAR 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 mlrd. manat ödəyib və şirkətin büdcə ödənişlərinin əvvəlki ilə nisbətən təqribən 1% artıb.

"APA-Economics"ə SOCAR-dan verilən məlumata görə, 2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar