“BMW” yolu keçmək istəyən piyadanı vurub öldürdü

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 65-ci km-də qeydə alınıb.

Belə ki,1994-cü il təvvəlüdlü Cəfərli Toğrul Fizuli oğlunun idarə etdiyi “BMW” markalı 99-VA904 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən 40 yaşlarında bir kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar