İranın Ali rəhbəri parlament seçkilərində səs verib

İranın Ali rəhbəri Əli Xamenei parlament və Xobreqan Ekspertlər Şurası seçkilərində səs verib.

APA-nın Tehran bürosunun məlumatına görə, səsvermədən sonra Ə. Xamenei jurnalistlərə bildirib ki, əgər vətəndaşlar ölkənin milli mənafeyinin qorunmasında maraqlıdırsa, seçkilərdə mütləq iştirak etməlidirlər.

“Tövsiyəm odur ki, vətəndaşlar seçkilərdə iştirak edib, öz layiq bildikləri namizədə səs versinlər”, - deyə İranın Ali rəhbəri vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar