GUAM Rusiyanın kiberhücumunu pislədi

GUAM təşkilatının Katibliyi Rusiyanın Gürcüstana qarşı kiberhücumunu pisləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” hesabında bildirilib.

GUAM katibliyi Gürcüstanın informasiya infrastrukturunun dağıdılmasına yönələn kiberhücumları qınayır. Bu məsələ GUAM-a üzv ölkələrin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı səylərin əhəmiyyətini vurğulayır”,- deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda genişmiqyaslı kiberhücum ötən ilin oktybarın 28-də həyata keçirilib. Ötən gün Gürcüstanın Xarici İşlər Nazirliyi kiberhücumlarda Rusiyanı ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar