Təhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı açıqlama

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Bəzi mətbu orqanlarda, eləcə də sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan şəxslər arasında Neftçala rayon icra hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Modern.az məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirlib ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiq hesab olunur:

“Həmçinin bildiririk ki, məsələ ilə əlaqədar Təhsil Nazirliyinə hər hansı bir məlumat daxil olmayıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar