Şəmkirdə evi yananda xəsarət alan müəllim öldü

Şəmkir rayon Ələsgərli kəndində baş vermiş yanğın zamanı ağır yanıq xəsarətləri alan şəxs yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanıq xəsarətləri ilə Bakı şəhərində xəstəxanaların birinə yerləşdirilən, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov orada ölüb. Qeyd edək ki, 10 gün əvvəl baş vermiş yanğın nəticəsində Z.Əhmədovun anası Mahı Bayramov hadisə yerində, 9 yaşlı oğlu isə xəstəxanada ölüb. Z.Əhmədov Ələsgərli kənd Tam Orta Məktəbin riyaziyyat müəllimi işləyirmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar