İranda koronavirusdan ölənlərin sayı artır

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. “Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.

Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.

Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan 4-nün öldüyü təsdiqlənib.

Xatlrladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar