Belorus Rusiyadan “S-400” ZRK-ları qəbul etmək istəmir - "Moskva isə, bununla barışmaq istəmir..."

“S-400” Zenit-Raket Kompdeksləri (ZRK) beynəlxalq silahlanmaya daxil olan kimi, bir çox ölkələr üçün «favorit»ə çevrildi və onlar bu silah növünün əldə olunması istiqamətində danışıqlara başladılar.

Bu, ona görə baş verdi ki, “S-400” sistemləri «keyfiyyət və qiymət» məsələsində əla nisbətə malikdirlər. Ancaq, Belorus üçün yox - bu sistemlər Belorusa bəxşiş olaraq da lazım deyil. Bu barədə fevralın 19-da Çinin «Sohu» portalı yazıb və qeyd edib ki, Moskva Minsklə ucuz neft razılaşmasını pozub.

Portalın hərbi şərhçisi Çjan Dyançen diqqəti buna yönəldir ki, ZRK heyranedici çevikliyə (hər yerdə hərəkət etmək qabiliyyətə) malikdir, onun işə salınması üçün isə 20 dəqiqəyə yaxın vaxt tələb olunur.

Bu məsələdə onunla hətta ABŞ-n «Petriot» komopeksi də müqayisə oluna bilməz. “S-400” sistemlərinin aşkarlama məsafəsi 600 kilometr təşkil edir, onlar istənilən hava hədəfini 400 kilometr radiusda vura bilirlər.

«Məhz buna görə də Türkiyə ABŞ-dan çəkinmədən Rusiyadan “S-400” ZRK sistemini aldı. Ancaq Türkiyədən fərqli olaraq, Belorus “S-400” sistemlərini hətta bəxşiş olaraq da qəbul etmək istəmir» - deyə, məqalə müəllifi yazır.

Çinli şərhçinin yazdığına görə, 2019-cu ilin sonlarında Rusiya bəyan edib ki, Bellrusa S-400 sistemlərini yalnız Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə vahid hava-hücumundan müdafiə (HHM) sistemi yaradılacağı təqdirdə verə bilər.

«Belə çıxır ki, Belorusda Rusiyanın ZRK sistemlərini pulsuz da yerləşdirə bilərlər. Ancaq bu ölkə təklifdən açıq şəkildə imtina edib. Belə qərarın verilməsinin səbəbi ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) xəbərdarlıq edib - Belorus ərazisində “S-400” sistemlərinin yerləşdirilməsi bu ölkəyə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə nəticələnə bilər. Odur ki, ölkə “S-400” sistemlərinin yerləşdirilməsindən nəinki imtina edib, həm də ABŞ tərəfini nümayişkəranə şəkildə yüksək səviyyədə səfərə dəvət edib. Həmçinin ABŞ-la münasibətləri fəal şəkildə yaxşılaşdırmaq və möhkəmləndirmək niyyətini ortaya qoyub» - məqalədə qeyd olunur.

Müəllif xüsusi qeyd edir ki, Belorus - onilliklər boyudur Rusiyanın başlıca müttəfiqidir. Ona görə də Minsk Moskvanın xeyirinə seçim etməli idi. Amma bunun əvəzinnə, ölkə ABŞ-la energetik əməkdaşlığı möhkəmlətmək qərarına gəlib.

«ABŞ tərəf Belorusa 100 faiz rəqabət qabiliyyətli qiymətlərlə enerji resursları tədarük etmək imkanlarını bəyan edir. Buna qədər Minsk Rusiyadan nefti ona bazar qiymətindən aşağı qiymətə satmağı xahiş edirdi. Amma Rusiya buna razı olmayıb. Neft məsələsində Rusiyanın güzəştə getmək istəməməsi səbəbilə, Belorus ABŞ-la münasibətləri möhkəmlətmək yolu ilə öz qonşusuna təzyiq göstərmək istəyir. Analitiklərin fikrincə, Belorus güman ki, ikinci Ukraynaya çevrilə bilər, Rusiya isə bununla barışmaq istəmir» - müəllif qeyd edir.

Dyançan vurğulayır ki, Belorus-ABŞ əməkdaşlığından narazı olan Rusiya neftin «eksklüziv güzəştli» qiymətlərlə tədarükünü nəzərdə tutan razılaşmanı pozub. Məlum olub ki, Rusiya Belorus bazarına tədarük olunan nefti valyuta ilə xaricə də satıla bilər. Ancaq dostluq münasibətlərini pozmamaq məqsədilə tədarükü dayandırmayıb.

Moskva hesab edir ki, Belorus situasiyadan açıq şəkildə öz xeyirinə bəhrələnir.

«Belorus-ABŞ münasibətlərinin möhkəmlənməsindən sonra, Rusiya bu istəyə (eyni zamanda iki stulda oturmaq istəyi) daha dözmək halında olmadığından, ucuz neft tədarükü barədə razılaşmanı pozub» - deyə, şərhçi yazır.

Yaranmış vəziyyəti analiz edərkən, müəllif yazır: hazırda Belorus tərəf bəyan edir ki, daha hər-hansı «eksklüziv şəraitə» ehtiyacı yoxdur və nefti beynəlxalq bazar qiymətinə də ala bilər.

«Hazırkı vəziyyətdə heç nə etmək olmaz, belə ki, təşəbbüs Rusiyadan qaynaqlanır. ABŞ yaranmış vəziyyətdən bəhrələnməyi ləngitmədi. Bütün enerji resurslarını güzəştli qiymətə satmağa, ölkəni Qərb düşərgəsinə qoşulmağa, NATO-nun qanadı altına almağa çağırmaqla Belorusa «zeytun budağı» uzatdı» - deyə, müəlimf şərh edir.

Ekspertlər və analitiklər hesab edirlər ki, Rusiya yetərincə «mərhəmət» nümayiş etdirib və Belorusa aşağı qiymətlərlə xeyli neft satıb. Amma hər necə olursa olsun, uzunmüddətli perspektivdə Rusiya və Belorus ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələri üzrə ikitərəfli əməkaşlığı poza bilməzlər.

Portal yazır ki, sadəcə, Belorusdan istifadə etmək istəyirlər və Minsk bunu gözəl başa düşür.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Əhəd 2020-02-22 09:39:57

Ölkənin adı Belorus yox, Belarusdur.

Son yazılar