Gürcüstanda İran vətəndaşları xəstəxanaya yerləşdirildi - Koronavirusa görə

Gürcüstana gedən üç İran vətəndaşı koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin üçü də bir ailənin üzvüdür: "İran vətəndaşlarının birində temperatur və müvafiq simptomlar qeydə alınıb. Buna görə də onlar Tbilisi Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Orada müvafiq yoxlamalar aparılır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar