MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək
Baxiş sayı:
Dərc olunub:
22/02/2020 - 10:09
Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftə Milli Məclisə keçirilən seçkilərə yekun vuracaq.
“Report”un xəbərinə görə, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.
Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır.
MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Yekun qərardan dərhal sonra MSK-nın tərkibinin tam şəkildə dəyişdirilməsinə baxılmalıdır.