İrandan Azərbaycana gələnlər Kliniki Tibbi Mərkəzə müraciət etməyib - Açıqlama

Azərbaycanda olan İran vətəndaşlarından koronavirus şübhəsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən olmayıb.

Bu barədə Trend-ə 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, İrana səfər edən Azərbaycan vətəndaşlarından və ya Azərbaycana gələn iranlılardan Mərkəzin mərkəzin yoluxucu xəstəliklər şöbəsinə müraciət edən olmayıb.

Xatırladaq ki, Gürcüstana səfər edən 3 nəfər İran vətəndaşı koronavirus şübhəsi ilə Tbilisi şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib. Həmin şəxslər dərhal nəzarətə götürülərək karantinə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar