Xocalını 1,5 milyona satan zabit burada yaşayır - Tixanski

366-cı motoatıcı alayın Xocalıya hücumda iştirakı haqda həddən artıq əsassız məlumat var. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin gizir və zabitlərinin milli tərkibə görə aktiv rotasiyası başladılıb. Azərbaycanda yerləşən hərbi hissələrə azərbaycanlı zabit və gizirlər, Ermənistana isə ermənilər köçürülüblər. Faciə başlayana qədər 366-cı alayda 50 erməni əsilli zabit və gizir vardı.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib. Onun sözlərinə görə, konfliktin başlanğıcında heç kim heç nəyə nəzarət və koordinasiya etməyib:

“Ermənilər sadəcə SSRİ-nin süqutundakı qarışıqlıqdan istifadə edib yeni günahkarlar təyin etmək istəyirlər. Alay tam heyətdə olmayıb. Belə ki, 1600 hərbçi yerinə alayda cəmi 630 hərbçi olub. Hələ 1991-ci ildə Ağdam və Xocalını artilleriya atəşinə məruz qoymağa cəhdə görə artilleriya divizionun komandiri həbs edilib. Bu cəhdi o, pul mükafatı aldıqdan sonra özbaşına gerçəkləşdirib. 23-cü diviziyadan ona heç bir tapşırıq verilməyib”.

O, Xocalıya hücumun 366-cı alayın 2-ci taborunun komandiri Seyran Ohanyan tərəfindən təşkil edildiyini deyib.

Tixanov Ohanyanın həmin dövrdə bir neçə tank, artilleriya sistemi və 20 PDM oğurladığını söyləyib:

“1,5 milyon dollar alan 3-cü tabor komandiri hələ də Argentinada yaşayır. O, Ohanyana dəstək verib. Nə 366-cı alayın idarəçiliyi, nə 622-ci kimyəvi hücumdan müdafiə batlayonu, nə də şəxsi heyətin böyük hissəsi burada iştirak edib. Əgər erməni hərbçilər – fərarilər və silah oğruları tərəfindən hərbi cinayətlər olubsa, o zaman bunu bütün hərbi hissəyə şamil etmək olmaz”.

366-cı alayda xidmət edən və Xocalı soyqırımında iştirak edən erməni zabitlərin siyahısını təqdim edirİK:

- II vzvod komandiri S.İ.Ohanyan;

- I tabor qərargah rəisi mayor V.İ.Çitçiyan;

- Alayın kəşfiyyat rəisi mayor V.Q.Ayriyan;

- Bölük komandiri baş leytenant N.T.Akopyan;

- Batareya komandiri baş leytenant V.A.Azarov.

Bundan başqa soyqırıma aşağı rütbəli daha 41 zabit qatılıb. Soyqırımda həmçinin erməni pilotlar və muzdlular da iştirak ediblər. Bu pilotlar 366-cı alaya daxil olan eskadrilyanın hərbçiləri olublar.

Xocalını bombardman edən vertolyotların və onların şəxsi heyətinin siyahısı:

- Vertolyot N:39, pilot Romb Qalakçiyan – Livan ermənisi, peşəsi – mühəndis;

- Vertolyot N:40, pilot Razdan Minoyan – Suriya ermənisi, mühəndis;

- Vertolyot N:17, pilot Ararat Saracyan – İrəvandan olan hərbçi;

- Vertolyot N:45, pilot Suren Pirimyan – İrəvan milisinin əməkdaşı.

635x100

Şərhlər

X 2020-02-22 23:15:55

Susmaq raziliq elametidi gozlerin kor olub gormeyibler .....

t.ədalət 2020-02-22 13:35:49

A.Tıxanski başından böyük yalan danışır.Hadisələ ilə yaxından tanış olan biri kimi deyə bilərəm ki,Xocalı qətliamı birbaşa Moskvanın göstərişi ilə və miolliyyətcə rus hərbiçilər tərəfindən törədilib.Rusiya Azərbaycan və ermənistanı müstyəmləkə boyunduruğundan buraxmamaq üçün hər iki xalq arasında dərin nifaq saldı.Qətliam,ancaq Ⅶ::-cı alayın şəxsi heyəti ilə deyil,Hadrutdakı və ermənistandakı hərbi hissələrin seçmə zabitləri tərəfindən törədilib.Ruslar indi müxtəlif variantlar araya atmaqla öz iştiraklarını ört-basdır etməyə çalışırlar.Sivil insanların,xüsusilə qadın,qoca və uşaqların qətli ilə ancaq rus hərbiçiləri məşğul olur.Əfqanıstanda,Suriya və başqa ölkələrdə hamı bunun şahididir.Xocalı soyqırımı və bunaqədərki bütün qətliamların bir törədicisi var,o da rus ordusudur.

AQAYEV 2020-02-22 12:13:46

Bir halda bunların bəziləri xaricdə yaşayır BİZİMKİLƏR onlar niyə xüsusu təyinatlılarla məhv etmirlər.

Son yazılar