Koronavirusun karantin müddəti uzadılır

Çin koronavirus infeksiyasının inkubasiya dövrü ilə bağlı yeni məlumat yayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Hubey əyalətində 70 yaşlı kişi cari il yanvarın 24-də koronavirusa yoluxub. Ona koronavirus diaqnozu isə fevralın 20-də qoyulub.

Bildirilib ki, həmin kişi avtomobil sürərkən infeksiyaya yoluxmuş bacısı ilə təmasda olub. Ancaq onun koronvirusa yoluxduğu 27 gün sonra ortaya çıxıb. Bu səbəbdən əyalət rəsmiləri infeksiyasının inkubasiya dövrünün iki həftədən çox olması qənaətinə gəliblər.

Xatırladaq ki, Çündə və kənarda insanların koronavirusa yoluxub-yoluxmaması müəyyənləşdirmək üçün 14 günlük karantin müddəti təyin edilirdi.

Qeyd edək ki, dünyada koronavirusdan ölənlərin sayı 2300 nəfəri ötüb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar