MSK-nın İCLASINDA 8 DAİRƏ ÜZRƏ QƏRAR VERİLDİ - Yenilənir

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırıb və əsassız hesab edilib”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 82 saylı Ağcabədi seçki dairəsindən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əəsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırıb və əsassız hesab edilib. Vebkamera vasitəsilə araşdırma aparılıb və 3 saylı seçki məntəqəsində lider namizədin adının əks olunduğu 71 ədəd bülleten aşkar edilib.

Təklif edirəm ki, yalnız 3 saylı məntəqədə nəticələr əsassız hesab edilsin”.

İclasda həmin dairənin 1 seçki ( 3 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizəd Sakit Mirişovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Namizəd dairə üzrə 34 seçki məntəqəsinin 30-dan müraciət edib. Sosial şəbəkələrdə görüntülərə baxılıb və seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 66 saylı Biləsuvar seçki dairəsindən namizəd Lətifə Əliyevanın müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Sosial şəbəkələrdə görüntülərə baxılıb və hər hansı qanun pozuntuları aşkar edilməyib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizəd Anar İsayevin səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Araşdırma zamanı dairə üzrə yalnız bir seçki məntəqəsində pozuntu aşkar edilib”.

İclasda həmin dairənin 1 seçki ( 9 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədlər Ziya Quliyev, Afiq İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciəti hərtərəfli araşdırıb. Dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədlərin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və bununla bağlı qərar qəbul edib.

***

MSK-nın iclasında 11 saylı Qaradağ seçki dairəsindən namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmağa üçün imkan verilmədiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə bağlı 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki ( 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, toplantıda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

635x100

Şərhlər

Rahim Ağayev 2020-02-23 19:25:15

Heqiqeten Şeki 113 sayli DSK özbaşnaliq olub.Lider namizedin qoculari bezi müşahidecilere teyziq gösteribler.

Rahim Ağayev 2020-02-23 19:24:06

Heqiqeten Şeki 113 sayli DSK özbaşnaliq olub.Lider namizedin qoculari bezi müşahidecilere teyziq gösteribler.

namizəd 2020-02-23 11:28:23

MSK - nə üçün Şəki 113 saylı DSK-nın qanunsuz süçki saxtakarlığına baxılmır ? Belə çıxır ki, onun arxası var, arxalı olanların qanunsuz əməllərinə qanuni don geyindirilir ? Seçki saxtakarlığı 113 saylı DSK -da hökm sürmüşdür ...?

Elli 2020-02-22 21:03:22

elə bu?

Namizəd 2020-02-22 19:01:05

İclaslar formal keçirilir.Konkretlik olmur.Bir növ şikayətlər başdan edilib DSK-lara göndərilr.Bu isə şikayətləri unutmaq və qanunsuzluqdur.e

Son yazılar