"Neftçi" Qəbələdən 3 xalla döndü

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turunda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib

Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ilk yarıda vurulub. 7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib. Beləliklə, ardıcıl ikinci qalibiyyətinə imza atan "Neftçi" xalını 33-ə çatdırıb və ikinci pillədə möhkəmlənib.

Qış fasiləsindən sonra 4 görüşünün hamısından məğlub ayrılan "Qəbələ" isə 13 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar