Övladını məktəbdən götürməyə tələsən ana onu maşınla vurdu - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sükan arxasında sürücü diqqətsizliyi və sürət həddi ilə bağlı sosial çarx hazırlayıb.

Bu barədə İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Vaqif Əsədov bildirib ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etməkdir. "Bir çox hallarda sürücülər avtomobili idarə edərkən mobil telefondan istifadə edin. Bu isə diqqəti yayındırır. Nəticədə sürət həddinə nəzarət itir. Eyni zamanda yolda baş verənlərə də diqqət edilmir. Bütün bunlar isə qəzalara səbəb olur. Sürücülərə bir daha tövsiyə edirəm ki, mobil telefondan istifadə etmək, sürət həddini aşmaq, yaxud digər diqqəti yayındıran hərəkətlərə yol verməsinlər. Həyatımızı bu cür şeylərə qurban verməyək."

Vaqif Əsədov sosial çarxın yaradıcı heyətinə də təşəkkür edib. Ümid etdiyini bildirib ki, bu nəticə verəcək.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar