Vasif Talıbovun oğlu deputat seçildi

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Ali Məclisə seçilən deputatların adları açıqlanıb.

"AzPolitika" "yenisabah"a istinadla xəbər verir ki, Ali Məclisə deputat seçilənlərin arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun da adı var.

S. Talıbov 25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplayaraq növbəti 5 ildə Naxçıvan Ali Məclisində deputat kimi fəaliyyət göstərəcək.

635x100

Şərhlər

t.ədalət 2020-02-23 11:31:54

Vasif Talıbovun oğlu dura-dura hansısa Naxçıvan türkünün deputat seçilməsi qeyri-mümkündür....

Son yazılar