Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıldı - FOTO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb.

“Toyota Prius” markalı, “99-TN-618” dövlət nömrə nişanlı avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Piyada xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağıdır.

Zədəli avtomobil hadisədən 40 dəqiqə sonra metronun "Qara Qarayev" stansiyası yaxınlığında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin harada zədələndiyini, nə baş verdiyini soruşublar. Lakin sürücü hadisə törətdiyini boynuna almayıb. O, ərazi üzrə polis orqanına dəvət edilib və müəyyən olunub ki, avtomobilin sürücüsü Əliyev Hacı Allahverdi oğlu bir saat əvvəl metronun "Neftçilər" stansiyasının yaxınlığında qəza törədərək hadisə yerindən qaçıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar