Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə

Bu gün Moskvada 45 Azərbaycan vətəndaşının faciəli şəkildə həlak olduğu faciədən 14 il ötür.

Modern.az xəbər verir ki, 2006-cı il fevralın 23-ü yerli vaxtla səhər 5:45-də Moskvanın Basman bazarının damının uçması nəticəsində ticarətlə məşğul olan 66 nəfər, o cümlədən 45 Azərbaycan vətəndaşı həlak olmuşdu. Azərbaycan vətəndaşları ilə yanaşı, 7 Gürcüstan, 16 isə Özbəkistan və Tacikistan sakini də həyatını itirmişdi. İnsident zamanı 39 nəfər xəsarət alıb.

Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşınıb.

1975-ci ildə inşa olunan bazarın çökməsi planlaşdırma zamanı buraxılan səhvlər və bazar rəhbərliyinin təhlükəsizliyə yetərincə diqqət ayırmaması ilə əlaqələndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar