Türkiyə İranla sərhədləri bağladı - Səbəb koronovirus

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F. Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İran-Türkiyə avtomobil və qatar yolu bağlı elan edilib.

İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və İrandan Türkiyəyə təyyarə qəbul edilməyəcək.

Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.

Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.

635x100

Şərhlər

Rovşen 2020-02-24 07:07:47

Bizi hacan baglayacağıq?

Son yazılar