Fəzail Ağamalının lider olduğu dairədə də 11 məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Aytən Qurbanova, Kamil Müsavi və digərlərinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətlər dairə üzrə eyni seçki məntəqələrini əhatə etdiyindən və eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma zamanı müvafiq dairədən bütün sənədlər tələb olunub. Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Qeyd etdiyim seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, bu dairədə lider namizəd Fəzail Ağamalıdır.

635x100

Şərhlər

Kerim 2020-02-23 21:59:37

Fəzailin sifətini görməmək üçün televizoru satacam

Kerim 2020-02-23 21:58:21

Fəzailin sifətini görməmək üçün televizoru satacam

t.ədalət 2020-02-23 21:14:24

Neftçalanın İH başçısı da Fəzail Ağamalının güdazına getdi..

Elli 2020-02-23 20:23:20

nə olsun ki? dairədə nəticələr ləğv olsaydı yenə demək olardı həəəə.

Son yazılar