Türkiyədə zəlzələ zamanı ölənlərin sayı 50-yə yüksəlib - FOTO

Türkiyənin şərqində Van bölgəsində baş vermiş zəlzələdə ölənlərin sayı 50-yə yüksəlib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Qoca deyib.

“Van bölgəsində Başkalda zəlzələdən zərər çəkənlərin hamısına lazımi tibbi yardım göstərilib. Ehtiyac olunan xəstələr üzərində cərrahi əməliyyat edilib. İki xəstə hazırda reanimasiyadadır”, nazir bildirib.

Qeyd edək ki, daha əvvəl İran və Türkiyə arasındakı sərhəd bölgədə 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İranın Təbriz şəhərindən 141 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 71 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.

İranda baş verən zəlzələ nəticəsində 75 nəfərin yaralandığı bildirilir.

***

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki yaralı reanimasiyadadır", - nazir bildirib.

Qeyd edək ki, zəlzələ zamanı 9 nəfər ölüb.

635x100

Şərhlər

Elli 2020-02-23 22:56:00

Türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik!

Son yazılar