“İstefamdan söhbət gedə bilməz” - Ərsun Yanal (Yeniləndi)

"Fənərbağça"nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssis Super Liqanın XXIII turunda "Qalatasaray"a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı gəzən söz-söhbəti yalanlayıb.

Təcrübəli mütəxəssis "Fənərbağça"dan ayrılmaq niyyətində olmadığını vurğulayıb: "İstefamdan söhbət gedə bilməz. Sona qədər mübarizəni davam etdirəcəyik".

***

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefa verib.

"AzPolitika" xəbər verir ki, qərar "Qalatasaray"a 1:3 hesablı ev məğlubiyyətindən sonra verilib.

Xatırladaq ki, "Fənərbağça" 21 ildir öz meydanında "Galatasaray"a məğlub olmurdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar